...

"Konnekt"dən BAHAR kampaniyası (FOTO)

Telekommunikasiya Materials 6 Mart 2013 10:00 (UTC +04:00)
Ölkənin ən qabaqcıl TV və İnternet (ADSL,Fiber optik) xidmətləri provayderi olan "Konnekt" şirkəti "BAHAR kampaniyası"na başlamışdır.
"Konnekt"dən BAHAR kampaniyası (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Ölkənin ən qabaqcıl TV və İnternet (ADSL, Fiber optik) xidmətləri provayderi olan "Konnekt" şirkəti "BAHAR kampaniyası"na başlamışdır.

"CONNECT" TV - Bakı, Sumqayıt şəhərlərində və ümumilikdə Abşeron yarımadasında yayımlanan Azərbaycan, Türkiyə, Rusiya və dünyanın ən baxımlı telekanallarından ibarət Rəqəmsal efir-kabel televiziyasıdır.

Kampaniyanın şərtləri:

TV xidmətinə yeni qoşulan abonentlər üçün:

- Kampaniya müddətində "Connect" TV xidmətinə yeni qoşulan abunəçilər üçün 54 AZN dəyərində 2 aylıq 159 telekanal açıq yayımda olacaq!

Mövcud TV abonentləri üçün:

- 3 aylıq abunə haqqını 1 gün ərzində ödəyən 75 telekanal paketlərinin abonentləri üçün 1-ci ay 118 telekanal açıq yayımda olacaq, 2-ci aydan isə tarif planlarına uyğun telekanallar açıq yayımda olacaq.

- 3 aylıq abunə haqqını 1 gün ərzində ödəyən 118 telekanal paketlərinin abonentləri üçün 1-ci ay 159 telekanal açıq yayımda olacaq, 2-ci aydan isə tarif planlarına uyğun telekanallar açıq yayımda olacaq.

- 3 aylıq abunə haqqını 1 gün ərzində ödəyən 159 telekanal paketlərinin abonentləri üçün, 15 gün pulsuz yayım hədiyyə olunur, xidmət haqqı 16-cı gündən tutulmağa başlayacaq.

İnternet abonentləri üçün:

- İnternet abonentləri 2 aylıq xidmət haqqını 1 gün ərzində ödədikdə istifadə etdiyi internetin sürəti 1 ay 1 mqb/s artırılır. (1 mqb/s əvəzinə 2 mqb/s, 2 mqb/s əvəzinə 3 mqb/s və s. istifadə edir).

Kampaniyanın müddəti:

05 mart - 05 aprel 2013-cü il

"CONNECT" - SİZİ QOŞUR DÜNYAYA!

Tel: 159; (012) 510-88-48

www.connect.az; www.facebook.com/CONNECT.LTD

Məqalədə:
Xəbər lenti

Xəbər lenti