Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/
"Anonymous" haker qrupunun Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məxfi məlumatların oğurlanması barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Trend-ə cümə axşamı naziriliyin Elektron Təhlükəszilik Mərkəzinin rəhbəri Faiq Fərmanov bildirib.
Fərmanovun sözlərinə görə, cinatətkarların bu addımı Azərbaycanın dövlət orqanlarının nüfuzunu aşağı salmağa istiqamətlənib.
Xatırladaq ki, daha əvvəl "Twitter" sosial şəbəkəsində "Anonymous" nümayəndələri məlumat yayıblar ki, onlar nazirliyə məxsus 1,5 qiqabayt həcmində olan müxtəlif növ informasiyanı ələ keçirə biliblər.