...

Azərbaycanda elektron imza sahiblərinin sayı 9,1 faiz artıb

Telekommunikasiya Materials 4 May 2013 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir H.Vəliyev/

May 1-nə olan vəziyyətə görə, Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 11928 ədəd təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının yekunları üzrə göstəricilərlə müqayisədə 9,1 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə şənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) dərc etdiyi "Elektron hökumət"in bülletenində deyilir.

MHM-in məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 8906 ədəd düşüb, 253 ədəd hüquqi şəxslərə və 2769 ədəd isə vətəndaşlara verilib.

Mərkəzin məlumatına görə, "Elektron hökumət" portalında (ehdis.az) qeydə alınan fəal istifadəçilərin sayı 9232-yə çatıb ki, bu da mart ayı ilə müqayisədə 66,4 faiz çoxdur.

May 1-nə olan vəziyyətə görə, təsdiq edilmiş elektron xidmətlərin sayı 417 ədəd təşkil edib və portalda 205 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 403 ədəd təşkil edir.

Aprel ayı ərzində dövlət qurumlarının 155 elektron xidmətindən 50 161 nəfər istifadə edib. Bu da mart ayında qeydə alınan göstəricidən 72,9 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti