...

Azərbaycan TV paketinin "Türksat 3A" ilə yayımı dayandırılıb

Telekommunikasiya Materials 1 İyul 2013 18:04 (UTC +04:00)
Bu gündən etibarən Azərbaycan paketinə daxil olan televiziya və radio kanallarının Türkiyənin "Türksat 3A" peyki vasitəsilə yayımı dayandırılır.
Azərbaycan TV paketinin "Türksat 3A" ilə yayımı dayandırılıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir H.Vəliyev/

Bu gündən etibarən Azərbaycan paketinə daxil olan televiziya və radio kanallarının Türkiyənin "Türksat 3A" peyki vasitəsilə yayımı dayandırılır.

Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları (AzTV, İdman Azərbaycan, Mədəniyyət TV, İctimai TV, ATV İnt., Xəzər TV, Azad Azərbaycan TV) iyunun 10-dan Azərbaycanın "Azerspace 1 ∕ Africasat-1a" peykinin resurslarına keçirilib (qəbul tezliyi-11169.15 MHs, H, S/R-20400 Mb/s).

"Azerspace/Africasat-1 peyki" 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti