...

"Microsoft"un "Windows Phone" əməliyyat sistemi: ötən rüb 78 faiz artım qeydə alınıb

Telekommunikasiya Materials 13 Sentyabr 2013 16:46 (UTC +04:00)
"Microsoft" Korporasiyası qlobal mobil telefon bazarında lider mövqeyi tutmaq niyyətindədir. Hazırda Korporasiya mobil telefon və smartfon istehsalçıları siyahısında ilk üçlükdə yer alır.
"Microsoft"un "Windows Phone" əməliyyat sistemi: ötən rüb 78 faiz artım qeydə alınıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

"Microsoft" Korporasiyası qlobal mobil telefon bazarında lider mövqeyi tutmaq niyyətindədir. Hazırda Korporasiya mobil telefon və smartfon istehsalçıları siyahısında ilk üçlükdə yer alır.

"Venturebeat" portalının məlumatına əsasən, "Windows Phone" - ümidverici mobil platformadır. Bu platforma "Blackberry"ni geridə qoyaraq smartfonlar arasında üçüncü olub. Ümumiyyətlə, "Windows Phone" ən sürətlə inkişaf edən mobil əməliyyat sistemi (ƏS), eyni zamanda, şirkətin son zamanlar daha çox diqqət yetirdiyi mobil ekosistem hesab olunur. Hazırda "Windows Phone"da 170 mindən artıq əlavə mövcuddur.

"International Data Corporation"un (IDC) məlumatına görə, "Windows Phone" ƏS cari ilin II rübündə ötən ilin analoji dövrü ilə müqayisədə 77,6% artıb.

"Microsoft" Korporasiyası bildirir ki, "Windows Phone"un əsas üstünlüklərindən biri yüksək keyfiyyətin qorunması şərti ilə müxtəlif qiymət kateqoriyalarının mövcudluğudur. Belə ki, hazırda "Lumia 520" telefonu 129 ABŞ dollarına realizə olunur ki, bu da "Amazon"da müqaviləsiz ən çox satılan smartfondur. Eyni zamanda, "Lumia 1020" smartfonu "Amazon" vasitəsilə satılan telefonların ilk beşliyinə daxildir.

Meksika, İtaliya və baza nöqtəsi sayılan bir sıra digər ölkələr "Windows Phone"un "Blackberry"nin yerini tutacağını, eyni zamanda, bu ƏS-nin qlobal mobil telefon bazarında ikinci pillədə qərarlaşacağını hesab edir. Bu yerdə qərarlaşmaq üçün "Windows Phone" bir sıra çətinliyin öhdəsindən gəlməlidir. Buna baxmayaraq, "Microsoft" Korporasiyası "Nokia"nı aldıqdan sonra dünya mobil telefon bazarında aparıcı yerdə qərarlaşmaq üçün böyük imkanlara malikdir.

"Business Choice Award 2013" tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, "Nokia"nın "Windows Phone" ƏS bazasında işləməsi müştəriləri və Korporasiyanı tam qane edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti