Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
30 sentyabr tarixindən etibarən Azərbaycandan müqəddəs Həcc ziyarətinə yollanan zəvvarlar üçün Azercell Telekom xüsusi endirim kampaniyası elan etdi.
Kampaniya çərçivəsində oktyabrın 30-na kimi Səudiyyə Ərəbistanında olan Azercell-lilər güzəştli rouminq tariflərindən yararlana biləcəklər.
Beləliklə, Səudiyyə Ərəbistanının "Mobily (Etihad Etisalat)" mobil operatorunun şəbəkəsindən istifadə edərək daha sərfəli tariflərlə danışır, SMS göndərə bilirlər.
Bu kampaniya Səudiyyə Ərəbistanında səfərdə olan zəvvarların doğmaları ilə daha rahat və sərfəli şəkildə ünsiyyətdə olmasına imkan verir. Azercell Telekom MMC hər kəsin Həcc ziyarətinin qəbul olmasını arzulayır,onlara xoş səfər diləyir.
Fakturalı Xətt:
Xidmətin növü |
Ölçü vahidi |
Xidmət haqqı |
Bütün istiqamətlərə zəng |
Bir dəqiqə |
0.55 |
Bütün istiqamətlərə SMS |
Bir ədəd |
0.10 |
İnternet |
Bir MB |
0.55 |
Fakturasız Xətt (SimSim):
Xidmətin növü |
Ölçü vahidi |
Xidmət haqqı |
Bütün istiqamətlərə zəng |
Bir dəqiqə |
0.55 |
Bütün istiqamətlərə SMS |
Bir ədəd |
0.10 |
Daxil olan zəng |
Bir dəqiqə |
0.50 |