...

"Azercell" Beynəlxalq Təhsil və Karyera sərgisində yerli mütəxəssislər üçün iş imkanları təqdim edib

Telekommunikasiya Materials 4 Oktyabr 2013 18:07 (UTC +04:00)
Bu gün Bakıda 7-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi işə başlayır. Təhsil sahəsində regionun ən böyük tədbiri sayılan bu sərgidə Azərbaycan və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələri ən müxtəlif ixtisas proqramlarını, xaricdə təhsil və karyera imkanlarını təqdim edirlər.
"Azercell" Beynəlxalq Təhsil və Karyera sərgisində yerli mütəxəssislər üçün iş imkanları təqdim edib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bu gün Bakıda 7-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi işə başlayır. Təhsil sahəsində regionun ən böyük tədbiri sayılan bu sərgidə Azərbaycan və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələri ən müxtəlif ixtisas proqramlarını, xaricdə təhsil və karyera imkanlarını təqdim edirlər.

Sərginin 100-dən artıq iştirakçısı arasında Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digər ölkələrin universitetlərinin nümayəndələri var. Sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar.

Təhsil Nazirliyi tərəfindən dəstəklənən sərginin ilk günü "Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər" mövzusunda "dəyirmi masa" da təşkil olunub. Tədbirdə nazirliklər, dövlət qurumları ilə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri də iştirak ediblər. "Dəyirmi masa"da "Azercell Telekom" MMC-nin nümayəndələri iştirak edərək bu sahədə görülən işlər, yerli mütəxəssislər üçün iş imkanları, kadrların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həyata keçirilən layihələr haqqında ətraflı söhbət açıblar. Şirkət nümayəndələri işə qəbul zamanı yaranan çətinliklərdən də söhbət açıblar.

Qeyd edək ki, "Azercell Telekom" mütəmadi olaraq öz əməkdaşlarını müxtəlif inkişaf proqramları ilə təmin edir. "Azercell" MDB ölkələri arasında ilk və yeganə şirkətdir ki, öz əməkdaşlarının inkişafına diqqət ayırdığı üçün "Investors in people" ("İnsana sərmayə") beynəlxalq gümüş sertifikatına layiq görülüb. Məlumat üçün bildirək ki, sözügedən sertifikatı ingilis şirkətlərindən əlavə dünyada cəmi 19 özəl şirkət alıb ki, onlardan biri Azercell-dir.

Artıq uzun müddətdir ki, şirkətin reallaşdırdığı Tələbə Təqaüd və Tələbə Təcrübə proqramları isə indiyədək bir çox gənclərin inkişafına yardım göstərib, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olub. "Azercell", həmçinin mütəmadi olaraq şirkətdə Karyera Günləri təşkil edir, məzun və tələbələrin işlə təmin olunmasına yardımçı olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti