...

"Nar Mobile" kadr resurslarının idarə edilməsi üzrə beynəlxalq konfransın baş sponsoru olub (FOTO)

Telekommunikasiya Materials 6 Noyabr 2013 17:24 (UTC +04:00)
"Nar Mobile" mobil operatoru Azərbaycanda ilk dəfə keçirilən "Baku HR Experience" beynəlxalq konfransının baş sponsoru oldu.
"Nar Mobile" kadr resurslarının idarə edilməsi üzrə beynəlxalq konfransın baş sponsoru olub (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

"Nar Mobile" mobil operatoru Azərbaycanda ilk dəfə keçirilən "Baku HR Experience" beynəlxalq konfransının baş sponsoru oldu.

Şirkətdən Trend-ə verilən məlumata görə, insan resursları sahəsindəki beynəlxalq tendensiyaların müzakirə olunduğu və ən iri xarici şirkətlərin ("The Coca-Cola Company", "Statoil", "Gazprom" və s.) HR-direktorlarının qatıldıqları bu tədbirdə aktiv iştirak edən "Nar Mobile" mobil operatorunun əsas məqsədi "Azerfon" şirkətinin bu sahədə əldə etdiyi nailiyyətləri dünyanın aparıcı şirkətləri ilə bölüşmək, eyni zamanda, beynəlxalq təcrübədən maksimum yararlanmaq olub.

"Four Seasons" hotelində keçirilən "Baku HR Experience" beynəlxalq konfransında iştirak edən "Azerfon" şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva geniş təcrübə mübadiləsinin aparıldığı bu forumda çıxış edərək "Azerfon" şirkətinin insan resursları strategiyası və bu sahədəki prioritetlərindən bəhs edib, şirkətin əla iş yeri kimi tanınması özəlliyinin mahiyyətindən danışıb.

Konfransda, həmçinin Azərbaycanda ilk dəfə "Excellence in HR" mükafatlandırma mərasimi keçirilib. Mükafatlar Azərbaycan bazarında HR sahəsinin ən yaxşı mütəxəssislərinə, komandalara və strategiyalara görə təqdim olunub. Belə ki, "BP-Azerbaijan" iri şirkətlər arasında, "Amrahbank" ASC isə ortamiqyaslı şirkətlər arasında "İlin HR komandası" nominasiyası üzrə qalib olub. "Ata Holding" Şirkətlər Qrupunun insan resursları üzrə direktoru Könül Əkbərova isə "İlin HR siması" seçilib.

Qeyd edək ki, mükafatçılar konfransda çıxış etmiş xarici mütəxəssislərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən müəyyən ediliblər.

Xatırladaq ki, "P World" tərəfindən təşkil edilmiş "Baku HR Experience" beynəlxalq konfransının platin sponsoru qismində "The HR Company (HRC)" çıxış edib, tədbirin qızıl sponsoru isə "Nar Mobile" mobil operatoru olub. Tədbirin "Ən Yaxşı İşəgötürən" şirkəti kimi isə "PAŞA Bank" çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti