...

AMEA elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini artırıb

Telekommunikasiya Materials 23 Dekabr 2013 08:25 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu "AzScienceNet" elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini 210 meqabit/saniyəyədək artırıb.
AMEA elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini artırıb

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu "AzScienceNet" elmi kompüter şəbəkəsinin məlumatlarının ötürülməsi sürətini 210 meqabit/saniyəyədək artırıb. Bu barədə Trend-ə İnstitutundan bildiriblər.

İlin əvvəli ilə müqayisədə artım 40 faiz təşkil edib. İnstitut tərəfindən akademiyanın strukturları arasında qlobal internet şəbəkəsinə çıxışın sürətinin səmərəli bölüşdürülməsi üzrə işlər aparılır.

AMEA-nın institutlarının hər birinə orta hesabla 5-7 meqabit/saniyə düşür.

Hazırda "AzScienceNet" şəbəkəsinə AMEA-nın 35 institutundan 29-u qoşulub. Digərlərinin 2014-cü ildə şəbəkəyə qoşulacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti