...

Nar Mobile abunəçisi "Volkswagen Tiguan"-a sahib oldu

Telekommunikasiya Materials 29 Yanvar 2014 15:08 (UTC +04:00)
18 yanvar 2014-cü il tarixində keçirilən lotereyanın baş mükafatının qalibi müəyyən olundu. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Nar Mobile şirkətindən verilən xəbərdə deyilir.
Nar Mobile abunəçisi "Volkswagen Tiguan"-a sahib oldu

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

18 yanvar 2014-cü il tarixində keçirilən lotereyanın baş mükafatının qalibi müəyyən olundu. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Nar Mobile şirkətindən verilən xəbərdə deyilir.

Belə ki, Kərimova Sədaqət Haqverdi qızı yeni "Volkswagen Tiguan" avtomobilinin sahibi oldu. Bu münasibətlə, 23 yanvar 2014-cü il tarixində, Volkswagen AG şirkətinin Azərbaycandakı rəsmi distributoru olan Eurostyle LTD mərkəzində qalibə şirkət və Nar Mobile-ın nümayyəndələri tərəfindən açarların təntənəli surətdə təqdim edilməsi mərasimi keçirildi.

"Yeni il mənim üçün çox uğurla başladı. Qalib olduğuma heç inanmırdım. Lakin bəxtımı sınamağa qərar verdim. Nəticədə gözlənilməz oldu. Nar Mobile-a və Volkswagen-a öz dərin təşəkkürümü bildirir və abunəçiləri gələcək lotereyalarda iştirak etməyi çağırıram", - deyə qalib bildirdi.

Xatırladaq ki, lotereya 23 sentyabr 2013-cü il tarixdən 08 yanvar 2014-cü il tarixədək keçirilmişdir. Viktorinada gündəlik olaraq 100 AZN, həftəlik 500 AZN, aylıq 5.000 AZN nağd pul və final uduşu qismində 1 ədəd "Volkswagen Tiguan" markali avtomobil oynanılırdı.

Əlavə məlumatı www.shansliviktorina.com İnternet səhifəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti