...

"Azercell" abonentləri üçün yeni aksiyaya başlayıb

Telekommunikasiya Materials 5 Fevral 2014 14:53 (UTC +04:00)
Soyuq qış günlərində "Azercell" həm özünün daimi, həm də şəbəkəsinə yeni qoşulmuş abunəçilərini yeni kampaniya ilə sevindirir.
"Azercell" abonentləri üçün yeni aksiyaya başlayıb

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Soyuq qış günlərində "Azercell" həm özünün daimi, həm də şəbəkəsinə yeni qoşulmuş abunəçilərini yeni kampaniya ilə sevindirir.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, 5 fevral tarixindən etibarən şirkətin bütün Fakturasız Xətt (SimSim) abunəçiləri "2 gün pulsuz danış" kampaniyasına qoşula bilər.

5 mart 2014-cü il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində 5 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər bir abunəçi yeddi gündən 2-sini 4,5 milyonluq Azercell ailəsinin digər üzvləri ilə pulsuz danışmaq imkanı qazanacaq. "2 gün pulsuz danış" kampaniyası, həmçinin kampaniya dövründə Azercell-in şəbəkəsinə qoşulan abunəçilərə də şamil olunacaq. Onu da qeyd etmək lazımdır ki, abunəçilər kampaniyanın sonuna qədər təqdim olunan fürsətdən bir neçə dəfə istifadə edə bilərlər.

Qeyd edək ki, kampaniya abunəçiləri 1010 qisa nomrəsinə SMS gondərməklə kampaniyaya qoşulduqları an pulsuz danışıq günləri barədə məlumatlandırılacaqlar. Pulsuz günlər haqqında məlumatı, həmçinin 1010 qısa nömrəsinə boş SMS göndərərək də almaq olar.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl mobil təkliflərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim edəcək.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "ASAN İmza" və s..

Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti