...

Azərbaycanda İT layihələrinin qrant maliyyələşməsinin başlama tarixi açıqlanıb

Telekommunikasiya Materials 9 Fevral 2014 08:00 (UTC +04:00)
Qrant maliyyəsini əldə etmək üçün "start-up" layihələr müsabiqəsində iştirak məqsədi ilə ərizələrin qəbulu cari ayın sonunadək başlayacaq.
Azərbaycanda İT layihələrinin qrant maliyyələşməsinin başlama tarixi açıqlanıb

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir H.Vəliyev/

Qrant maliyyəsini əldə etmək üçün "start-up" layihələr müsabiqəsində iştirak məqsədi ilə ərizələrin qəbulu cari ayın sonunadək başlayacaq. Bunu Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan bildiriblər.

Qrantın maksimum məbləği 300 min manat (36 ay müddətinə) təşkil edə bilər. Kiçik qrantlar 10-100 min manat, orta qrantlar 100-200 min manat, iri qrantlar 200-300 min manat həcmində nəzərdə tutulub.

Fonddan deyiblər ki, 2014-cü ildə informasiya texnologiyalarına (İT) 5 milyon manat yardım ayrılacaq. Vəsaitlər yaxın vaxtlarda Fonda daxil olacaq.

Qrant vəsaitləri Fonddan birbaşa ayrılacaq, kreditlər isə müvəkkil kredit təşkilatları vasitəsilə bölüşdürüləcək.

Kreditlər illik 5 faiz dərəcəsi ilə 10 il müddətinə təqdim ediləcək. Kreditin maksimum məbləği 5 milyon manat təşkil edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti