Azərbaycan, Bakı, 4 mart /Trend/
Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında və sərgilərdə fəal iştirak edən "Azercell" bu dəfə də ənənəsinə sadiq qalıb.
27.02.2014-cü il tarixində ADA Universitetində keçirilən Karyera Sərgisində "Azercell" fəal iştirak edib. 50-yə yaxın şirkət, holdinq və bankın təmsil olunduğu sərgi artıq üçüncü ildir ki, universitet tərəfindən təşkil olunur.
Tədbirin keçirilməsinin əsas məqsədi istedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaqdır.
Əmək sərgisində Azercell-in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Eyni zamanda, universitet məzunlarına Azercell-də vakant yerlər haqqında da məlumat verilib.
Məlumat üçün bildirək ki, "Azercell Telekom" MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən əlavə təqaüd alırlar. Eyni zamanda, Azercell-in həyata keçiridiyi sosial layihələrin böyük bir qismi təhsillə bağlıdır. 2013-cü ildə "Azercell" ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0,4 milyon manat, 17 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib. 2008-ci ildən bəri 108 nəfər gənc "Azercell" təqaüd və təcrübə proqramlarında iştirak edib, onlardan 9-u işə qəbul olunublar. Həmçinin "Azercell" aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. "Azercell" bacarıqlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini heç vaxt əsirgəmir.