...

"Elektron hökumət" portalına daşınmaz əmlaka dair yeni xidmət inteqrasiya olunub

Telekommunikasiya Materials 24 İyun 2014 15:28 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi” elektron xidməti “Elektron hökumət” portalında istifadəyə verilib.
"Elektron hökumət" portalına daşınmaz əmlaka dair yeni xidmət inteqrasiya olunub

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) "Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi" elektron xidməti "Elektron hökumət" portalında istifadəyə verilib.

Trend-in məlumatına görə, bu xidmət daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla) üçün müraciətlərin elektron qaydada qəbul edilməsi və elektron xidmət istifadəçisinə daşınmaz əmlak obyekti barədə məlumatların verilməsini əhatə edir.

Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri elektron xidməti göstərən dövlət qurumu qismində çıxış edir.

Qeyd edək ki, interaktiv növlü elektron xidmətin həyata keçirilməsi üçün ödəniş tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti