...

“Bakcell” satış və xidmət nöqtələrinin sayını artırır (FOTO)

Telekommunikasiya Materials 22 Avqust 2014 13:10 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərini ən yaxşı xidmətlə təmin etmək məqsədilə müştəri xidmətləri və satış mərkəzlərinin şəbəkəsini daim genişləndirir.
“Bakcell” satış və xidmət nöqtələrinin sayını artırır  (FOTO)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərini ən yaxşı xidmətlə təmin etmək məqsədilə müştəri xidmətləri və satış mərkəzlərinin şəbəkəsini daim genişləndirir. Şirkət Bakı şəhəri, Şixəli Qurbanov küçəsi, 7A ünvanında yeni Bakcellim mağazasının açılışını elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Füzuli dairəsi ("Beşmərtəbə") yaxınlığında yerləşən Bakcell Satış və Xidmət Nöqtəsi Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə məhsul və xidmətlərlə yanaşı ən son model telefonlar, planşetlər və aksesuarların satışını abunəçilərə təqdim edir.

"Məqsədimiz Bakcell abunəçilərinə ən yüksək səviyyədə xidmət göstərmək və bu xidmətləri təqdim edən mərkəzləri abunəçilərimiz üçün daha yaxın və əlçatan etməkdir. Bu məqsədlə biz ölkə üzrə satış və xidmət şəbəkəsini daim genişləndiririk", deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

300- dən artıq pərakəndə satış nöqtəsi, o cümlədən paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidmətləri Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year" nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi" elan edilib.

1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti