...

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu kreditlər verməyə başlayıb

Telekommunikasiya Materials 11 Oktyabr 2014 14:54 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə artıq banklar tərəfindən sahibkarlara kreditlər verilir.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu kreditlər verməyə başlayıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə artıq banklar tərəfindən sahibkarlara kreditlər verilir.

Trend-in RYTN-ə istinadən verdiyi məlumata görə, artıq Fondun xətti ilə "GoldenPay" və "Enginet" şirkətlərinə kreditlər ayrılıb.

Belə ki, "GoldenPay" şirkətinə onlayn ödəniş sisteminin inkişafı üçün "PashaBank" tərəfindən 400 min manat həcmində güzəştli kredit ayrılıb.

"Enginet" şirkətinə isə "Bank Respublika" tərəfindən internet xidmətlərinin təşkili və müasir texnologiyaların tətbiqi ilə şəbəkəsinin genişləndirilməsi üçün 500 min manat həcmində güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti