...

"Azercell" Gənc OL tarifi çərçivəsində "PlayStation FIFA 14" yarışması keçirir

Telekommunikasiya Materials 21 Oktyabr 2014 17:46 (UTC +04:00)
Ötən ay abunəçilərinə Gənc OL tarifini təqdim edən "Azercell" bu tarif çərçivəsində "PlayStation FIFA 14" çempionatı keçirir.
"Azercell" Gənc OL tarifi çərçivəsində "PlayStation FIFA 14" yarışması keçirir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Ötən ay abunəçilərinə Gənc OL tarifini təqdim edən "Azercell" bu tarif çərçivəsində "PlayStation FIFA 14" çempionatı keçirir.

18-22 oktyabr 2014-cü il tarixində Gənc OL portalında qeydiyyatdan keçən 16 yaşını tamamlamış 1024 "Azercell" abunəçisi bu maraqlı yarışmaya qoşula bilər. "PlayStation FIFA 14" çempionatı 25 oktyabr 2014-cü il tarixində Nizami kinoteatrında saat 15:00-da başlayacaq və 4 günə qədər davam edə bilər. Yarışma bir neçə tur və böyük finaldan ibarətdir.

Yarışmada iştirakçılar "PlayStation FIFA 14" futbol simulyator videooyununu oynayacaqlar. Hər mərhələdə zəif iştirakçılar ələnəcək, güclülər növbəti mərhələyə keçəcək və böyük finalda qalib müəyyənləşəcək.

Böyük final və mükafatlandırma mərasimi Nizami kinoteatrında baş tutacaq. İştirakçıların siyahısı, yarışmanın vaxtı və digər lazımi məlumatlar oktyabrın 24-də Gənc OL portalında yayımlanacaq. Yarışmada 1-ci yeri qazanan IPhone 6 Gold (64GB), 2-ci yeri tutan mükafatçı IPad Air Wi-Fi 4G (16 GB), 3-cü yeri tutan mükafatçı isə IPad Mini Retina Wi-Fi (32GB) ilə mükafatlandırılacaq.

Məlumat üçün bildirək ki, "Azercell" Gənc OL tarifinə qoşulan abunəçilərə inanılmaz güzəştlər və sərfəli danışıqlar təklif edir. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, siz ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla Gənc OL abunəçiləri arasında 300 dəqiqə, şəbəkədaxili zənglər üçün 20 dəqiqə, şəbəkəxarici zənglər üçün 10 dəqiqə danışıq əldə edirsiniz. Bundan əlavə, siz hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı qazanırsız. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə danışırlar. Gənc OL 10 paketi də sizə belə sərfəli danışıq təklif edir. Burada abunəçilərə öz aralarında 800 dəqiqə, şəbəkədaxili 50 dəqiqə, şəbəkəxarici isə 30 dəqiqə danışıq imkanı verilir. Eyni zamanda, 1 GB mobil internet və 800 SMS-dən istifadə etmək imkanı qazanırsınız.

Siz bu endirimli və sərfəli tarif paketinə qoşulmaqla, eyni zamanda, Azercell-in abunəçiləri üçün yaratdığı əyləncəli və maraqlı Gənc OL portalından www.gencol.az yararlana bilərsiz. Siz portala daxil olmaqla Gənc OL tarif paketinin təklif etdiyi xüsusi endirim və kampaniyalardan da faydalana bilərsiniz.

Beləliklə, "Azercell" hər zaman olduğu kimi öz abunəçilərini daha bir yeniliklə sevindirdi.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti