...

Azərbaycanda lokal intranet yaradılıb

Telekommunikasiya Materials 22 Mart 2015 16:00 (UTC +04:00)
Məlumat Hesablama Mərkəzi (MHM) intranet lokal şəbəkəsinin yaradılması ilə bağlı texniki işləri başa çatdırıb.
Azərbaycanda lokal intranet yaradılıb

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) intranet lokal şəbəkəsinin yaradılması ilə bağlı texniki işləri başa çatdırıb.

Trend-in Mərkəzə istinadən verdiyi məlumata görə, lokal internet trafikdən istifadəni optimallaşdırmaq və istifadəçilərin "Elektron hökumət" (e-gov.az) portalına keyfiyyətli girişini təmin etmək məqsədilə yaradılıb.

MHM-dən bildiriblər ki, hazırda internet servis provayderlərin lokal şəbəkəyə qoşulması üzrə işlər aparılır: "Trafik mübadiləsi üçün buraxılış qabiliyyəti 1 giqabit/saniyə olan kanal işə salınlb".

Trafik istehlakı artdıqca məlumatların ötürülməsi sürəti 10 giqabit/saniyəyədək artırıla bilər.

İnternet trafikin istehlakının optimallaşdırılması provayderlərin beynəlxalq kanallarının yükünü 40 faizədək azaltmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti