...

Azərbaycan eksperimental tədqiqatlar aparacaq

Telekommunikasiya Materials 20 Aprel 2015 23:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu "Robust Noise Monitoring" (RNM) diaqnostika və idarəetmə sistemindən istifadə etməklə anomal hadisələrin monitorinqi üzrə eksperimental layihəni işə salmağa hazırlaşır.
Azərbaycan eksperimental tədqiqatlar aparacaq

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu "Robust Noise Monitoring" (RNM) diaqnostika və idarəetmə sistemindən istifadə etməklə anomal hadisələrin monitorinqi üzrə eksperimental layihəni işə salmağa hazırlaşır. Bu barədə Trend-ə İnstitutdan bildiriblər.

Eksperimental layihənin reallaşdırılmasına ilin sonunda başlamaq planlaşdırılır. Hazırda RNM stansiyalarının mürəkkəb səyyar şəraitlərə adaptasiyası üzrə işlər aparılır. Bu zaman stansiyaların məişət elementləri istənilən hava şəraitində işləyə biləcək elementlərlə əvəz ediləcək ki, bu da onların işini xeyli asanlaşdıracaq.

Qeyd edək ki, Azərbaycan və Naxçıvan Muxtar Respublikası ərazisində işə salınmış stansiyaların sayı 12 ədəddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti