Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Rusiya Saxa (Yakutiya) Respublikasının ərazisindən keçən enerji resurslarının nəqlinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İST) "Robust Noise Monitoring" (RNM) diaqnostika və idarəetmə monitorinq sistemindən istifadə etməkdə maraqlıdır. Bunu Trend-ə İST-dən deyiblər.
İST rəhbərliyinin Sankt-Peterburq Arktika Cəmiyyəti ilə RNM-dən istifadə üzrə danışıqları mayın ikinci yarısında keçiriləcək.
Göstərilən sahədə əməkdaşlıq haqqında memorandum 2014-cü ilin avqustunda imzalanıb. Sankt-Peterburq Akademiyasının rəhbərliyi artıq monitorinq sisteminin işi ilə tanış olub.