...

Çində 10 nüvəli smartfon istehsal olunacaq

Telekommunikasiya Materials 24 İyun 2015 06:02 (UTC +04:00)
Çinin "Elephone" şirkəti 2015-ci ilin payızında dünyanın ilk 10 nüvəli smartfonunu istehsal edəcəyini söz verib.
Çində 10 nüvəli smartfon istehsal olunacaq

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Çinin "Elephone" şirkəti 2015-ci ilin payızında dünyanın ilk 10 nüvəli smartfonunu istehsal edəcəyini söz verib.

Trend-in lenta.ru saytına istinadən verdiyi xəbərə görə, smartfonun ekran diaqonalı 5.5 düym (14 sm yaxın), ekran icazəsi isə 1920х1080 nöqtə təşkil edəcək. Operativ yaddaş 4 qeqabayt olacaq. Qurğunun gözəl fotolar çəkməsi üçün 21 meqapiksellik kamera quraşdırılacaq. Akkumulyatorun həcmi 3100 mAh olması nəzərdə tutulub.

Qeyd edək ki, smartfon Android 5.1 əməliyyat sistemi üzrədində çalışacaq.

Xəbər lenti

Xəbər lenti