...

Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı sorğuların sayı azalıb

Telekommunikasiya Materials 28 İyul 2015 05:45
2015-cü ilin iyununda Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturlarının sorğularının sayı 119 olub.
Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı sorğuların sayı azalıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

2015-ci ilin iyununda Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturlarının sorğularının sayı 119 olub. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatında deyilir.

Ötən ilin may ayı ilə müqayisədə sorğuların sayı 7,7 faiz azalıb. İyun ayında sorğuların ümumi sayından 82,3 faizinə baxılıb və təmin edilib.

2015-ci ilin I rübünün yekunlarına əsasən, kompüter təhlükəsizliyi ilə bağlı sorğuların ümumi sayı 875 təşkil edib. 6 ay ərzində sorğuların ümumi sayından 87 faizinə baxılıb və təmin edilib.

Hesabat dövründə informasiya təhlükəsizliyi üzrə keçirilən audit əsasında 137 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib.

CERT-in məlumatına əsasən, 2015-ci il yanvar-iyun aylarının nəticələrinə görə, Azərbaycanın internet seqmentində 5 yeni domen və 18 subdomen yaradılıb. Subdomenlər dövlət təşkilatları tərəfindən öz bölmələri və ya qurumları ilə bağlı olan servislər üçün unikal sayt adlarının yaradılmasında istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti