Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
"ASAN xidmət" mərkəzinin öz FM-radiostansiyası - "ASAN FM" olacaq. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.
Ümumrespublika yayımının təşkili üçün xidmətə 6 illik müddətinə lisenziya verilib. FM-radio 100 meqahers tezliyində əlçatan olacaq.
Radionun yayıma başlama tarixi hələ dəqiq deyil.