...

Qaz sayğaclarının SMART kartlarının yüklənməsindəki nasazlıq aradan qaldırılıb

Telekommunikasiya Materials 28 Mart 2016 11:30 (UTC +04:00)
"Modenis" şirkəti "Azəriqaz" İstehsalat Birliyinin qaz sayğaclarının SMART kartların yüklənməsini bərpa edib.
Qaz sayğaclarının SMART kartlarının yüklənməsindəki nasazlıq aradan qaldırılıb

Bakı. Hüseyn Vəliyev - Trend:

"Modenis" şirkəti "Azəriqaz" İstehsalat Birliyinin qaz sayğaclarının SMART kartlarının yüklənməsini bərpa edib. Bunu Trend-ə şirkətdən deyiblər.

Sistemdəki texniki problemlər nəticəsində martın 28-də səhər saatlarında SMART kartların yüklənməsində nasazlıq yaranıb. Bununla əlaqədar xidmətlərin göstərilməsi müvəqqəti dayandırılıb.

Şirkətdən qeyd ediblər ki, qaz sayğaclarının SMART kartlarına vəsaitlərin yüklənməsi zamanı vətəndaşların üzləşdiyi problemlər avtomatik olaraq aradan qaldırılacaq.

Yüklənmiş vəsait kartn balansına köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti