Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) dövlət strukturlarının informasiya sistemlərinin haker hücumlarından təhlükəsizliyini gücləndirib. Bunu Trend-ə CERT-dən deyiblər.
CERT hakerlərin martın 31-də məqsədyönlü hücum edəcəklərini istisna etmir.
Bununla əlaqədar olaraq, Mərkəz informasiya təhlükəsizliyinin yüksək səviyyəsini təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçib.
CERT-dən qeyd ediblər ki, hazırda aktivlik müşahidə olunmur, lakin haker hücumunun baş verəcəyi istisna edilmir.