...

Erməni hakerləri Azərbaycanın informasiya resurslarına qarşı geniş hücuma hazırlaşırlar

Telekommunikasiya Materials 20 Aprel 2016 16:09 (UTC +04:00)
Erməni haker qrupları Azərbaycan və Türkiyənin informasiya resurslarına qarşı genişmiqyaslı hücuma hazırlaşırlar.
Erməni hakerləri Azərbaycanın informasiya resurslarına qarşı geniş hücuma hazırlaşırlar

Bakı. Hüseyn Vəliyev - Trend:

Erməni haker qrupları Azərbaycan və Türkiyənin informasiya resurslarına qarşı genişmiqyaslı hücuma hazırlaşırlar.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.

Bununla əlaqədar, CERT Azərbaycanda informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi barədə xəbərdarlıq edir.

Mərkəzdən deyiblər ki, hücumlar məqsədyönlü olacaq və qondarma "erməni soyqırımı"na həsr olunacaq.

CERT-in monitorinqinə əsasən, hücumlar 23-24 aprel tarixinə təsadüf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti