Bakı. Hüseyn Vəliyev – Trend:
"PAŞA Bank" IBM həll bazası əsasında informasiya təhlükəsizliyi sisteminin modernləşdirilməsini həyata keçirib. Bunu Trend-ə IBM-dən deyiblər.
Bankda quraşdırılan sistem informasiya təhlükəsizliyi hallarını idarə etməyə və məlumat bazasını mühafizə etməyə imkan verir.
Qeyd edək ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb.