...

Qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

Telekommunikasiya Materials 18 Oktyabr 2016 13:10 (UTC +04:00)
Fondun elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.
Qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

Bakı. Trend:

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1 iyul 2016-cı il tarixində elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kompleks ekspertizaya təqdim olunmuş 112 layihədən 61-i müsbət rəy alıb.

Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 121 layihə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti