...

Azərbaycan və Rusiya su anbarlarında seysmiklik problemlərini tədqiq edəcək

Telekommunikasiya Materials 25 Avqust 2017 20:59 (UTC +04:00)
Azərbaycan və Rusiya istifadə olunan su anbarlarında törəmə seysmiklik problemlərini birgə tədqiq edəcək.
Azərbaycan və Rusiya su anbarlarında seysmiklik problemlərini tədqiq edəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan və Rusiya istifadə olunan su anbarlarında törəmə seysmiklik problemlərini birgə tədqiq edəcək.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmologiya Xidməti Mərkəzindən bildiriblər.

Tədqiqatlar zamanı su anbarlarının işindən asılı olaraq törəmə seysmikliyi tədqiq etməyə imkan verən Rusiya istehsalı avadanlığın istifadəsi nəzərdə tutulur.

Mərkəzdən deyiblər ki, bu layihə beynəlxalq qrant əldə olunduqdan sonra Rusiya tərəfi ilə birgə həyata keçiriləcək: "Hesab edirik ki, layihə bu ilin dördüncü rübünədək öz həllini tapacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti