...

"Qara cümə"yə hazırlaşırsınız?

Telekommunikasiya Materials 24 Noyabr 2017 14:28 (UTC +04:00)

Bakı. Trend:

“Kaspersky Lab” şirkəti ənənəvi olaraq noyabrın sonunda "qara cümə" günündən başlayan Yeni il bayramı ərəfəsində alış-veriş zamanı kiberfırıldaqçılıq fəallığının icmalını dərc edib. Ekspertlər müəyyən ediblər ki, onlayn alışların artması ilə birlikdə tanınmış brendləri, ödəniş sistemlərinin adlarını və "qara cümə" söz birləşməsinin özünü istifadə edən maliyyə kibercinayətlərinin sayı da artır. Lakin fırıldaqçıların istirahət etdikləri gün də mövcuddur, analitiklər həmən günü "boz şənbə” günü adlandırıb.

Hesabata əsasən, dərhal "qara cümə”dən sonra, yəni şənbə günü, istifadəçilərin fişinq linklərinə keçid cəhdlərinin sayı 33% azalır. 2016-cı ildə "qara cümə" (noyabrın 25-nə təsadüf edib) “Kaspersky Lab” şirkətinin sistemləri istifadəçilərin kompüterlərində “Antifişinq” sisteminin 770 min dəfə işə salınmasını qeydə alıb. Ertəsi gün, noyabrın 26-da bu göstərici cəmi 510 min idi. “Boz şənbə”nin ardınca gələn “Kiber Bazar Ertəsi”ndən başlayaraq fişerlərin fəallığı yenidən artmağa başlayır. Ekspertlər hesab edirlər ki, bu təmayül cari ildə də davam edəcək.

“Onlayn ticarətin inkişafı ona gətirib çıxarəb ki, maliyyə fişinq hücumlarının səviyyəsi bütün il ərzində sabit olaraq yüksəkdir. Lakin fırıldaqçılara bayramqabağı marketinq aksiyaların gurultusunda "gizlənmək" və istifadəçiləri aldatmaq daha asandır. İnsanların əksəriyyəti mobil qurğular vasitəsilə və çox vaxt evdə olmayaraq bazarlıq edirlər, beləliklə, demək olar ki, hər birimiz belə şəxslərin qarşısında aciz qalırıq. Lakin yaxşı xəbərlər də var: “boz şənbə” günündə hücumların sayı xeyli azalır. Ona görə də əgər siz bu həftə onlayn bazarlıq etməyi planlaşdırırsınızsa, günü düşünülmüş seçin. Bundan başqa, istənilən gündə şübhəli linklərdən və fayllardan çəkinmək, sizin alış-veriş gördüyünüz və ödədiyiniz dükanların və ödəniş sistemlərinin ünvanlarını diqqətlə yoxlamaq və ən mükəmməl halda mobil qurğularda belə ixtisaslaşdırılmış müdafiə həllindən istifadə etmək məsləhətdir”, - deyə "Kaspersky Lab" şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.

İcmalın digər nəticələri arasında:

• 2016-cı ildə ödəniş sistemləri, banklar və onlayn-mağazalara yönəldilmiş maliyyə fişinq hücumlarının sıyı artıb. Bununla belə, 2015-ci ildə onun azalması müşahidə olunmuşdur.

• Maliyyə fişinq hücumu bütün fişinq hücumların təxminən yarısını (49,77%) təşkil edib. 2015-ci ildə bu göstərici cəmi 34,33% səviyyəsində olub.

• Ehtimal olunur ki, maliyyə fişinqin artımın əsas amillərindən biri mobil cihazların istifadəçiləri olub. “Kaspersky Cybersecurity Index” məlumatlarına əsasən, 2017-ci ilin birinci yarısında onlayn ödənişlər və alış-verişlər üçün smartfon istifadəsi son bir ildə iki dəfə artıb.

• Maliyyə fişerləri öz hücumları zamanı "qara cümə" brendindən, həmçinin istifadəçilərin kibertəhlükəsizliklə bağlı qorxularından fəal istifadə edirlər. Bəzi hallarda məktublar yoluxma barədə xəbərdarlıqlar, istifadəçinin sındırılmasının saxta aşkar edilmələri və ya İnternetdə ehtiyatlı davranışı təşviqedici xəbərlər altında maskalanır.

Bayramqabağı dövrdə maliyyə fişinq hücumlarının araşdırması “Kaspersky Lab” şirkətinin müdafiə həllərinin evristika və anti-fişinq komponentləri tərəfindən topladığı məlumat əsasında hazırlanıb. İstifadəçi “Kaspersky Lab” şirkətinin bazasına hələ əlavə olunmamış fişinq linkinə keçməyə çalışanda onlar hər dəfə işə düşür.

Bayram ərəfəsində fişinq hücumlarının tendensiyaları haqqında ətraflı məlumat:

securelist.com/beyond-black-friday-threat-report/83238/.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti