...

Ramin Quluzadə: Azərbaycanda 100-dən çox startap layihəsi maliyyələşdirilib

Telekommunikasiya Materials 15 May 2018 15:54 (UTC +04:00)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycanda 112 startap layihəsini maliyyələşdirib
Ramin Quluzadə: Azərbaycanda 100-dən çox startap layihəsi maliyyələşdirilib

Bakı. Hüseyn Vəliyev - Trend:

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycanda 112 startap layihəsini maliyyələşdirib.

Trend-in məlumatına görə, bunu “Microsoft Imagine Cup Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılması zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

R.Quluzadənin sözlərinə görə, müsabiqədə iştirak etmək üçün minə yaxın startap layihəsi qəbul edilib:

“Təxminən 20 layihə real biznesə çevrilib və investisiya cəlb edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti