...

Azərbaycanla Qazaxıstan rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Telekommunikasiya Materials 2 Aprel 2019 18:05 (UTC +04:00)
Askar Jumaqaliyev ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında ikitərəfli görüş keçirilib.
Azərbaycanla Qazaxıstan rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında ikitərəfli görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi, Azərbaycan və Qazaxıstanın qlobal bazarlarda rəqabət qabiliyyətli startap layihələri arasında sinerjinin yaradılması və birgə layihələrin icra olunması, tanışlıq səfərlərinin təşkili və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti