"Azercell"in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda (FOTO)

"Azercell"in Rəqəmsal Dünyası Cocuq Mərcanlıda (FOTO)

Bakı. Trend:

Ölkənin telekommunikasiya sahəsinin lideri “Azercell Telekom” MMC avqust ayının 15-də Cocuq Mərcanlıya səfər edib.

“Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, sosial yönümlü layihələrin dəstəkçisi və təşəbbüskarı olan şirkət Cəbrayıl rayonu, Novruz Aslanov adına Cocuq Mərcanlı kəndi tam orta məktəbinin şagird və müəllimləri ilə görüşüb, onları məktəb ləvazimatları və digər hədiyyələrlə mükafatlandırıb. Tədbir zamanı orta məktəbin direktoru Zamin Həziyev Azercell-in bu təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Azercell-in “Mobil Göz” və “Mobil Diş” klinikaları da səfərə qoşulub. Klinikalar 60-dan çox Cocuq Mərcanlı sakinini müayinədən keçirib. Fəaliyyətləri boyunca Azercell-in klinikaları on minlərlə valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı ailələrə, yaşlılara və məcburi köçkünlərə tibbi yardım göstərib.

Qeyd edək ki, Cocuq Mərcanlı düşmən işğalından azad olunduqdan sonra Azercell bu ərazidə stansiya quran ilk operator olub. Cari ilin yanvar ayında bura səfər edən Azercell kənd sakinlərinə nömrələr və digər dəyərli hədiyyələr təqdim edib.

Yeni bağlantı erasında istifadəçilərin artan tələblərini qarşılamaq üçün Azercell 2018-2019-cu illərdə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Bu müddət ərzində ölkənin 60-a yaxın rayon və şəhərində 1007 yeni LTE stansiyası qurulub, ümumi stansiyaların sayı 7000-i ötüb. Azercell son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Bunun sayəsində şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb.

Şirkət analoji səfərlərini avqust ayı ərzində davam etdirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

İsveç Aİ üzvü olmayan 14 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verdi
İsveç Aİ üzvü olmayan 14 ölkənin vətəndaşlarının ölkəyə girişinə icazə verdi
İyulun 1-dən Rusiyanın 67 regionu turistlər üçün açılacaq
İyulun 1-dən Rusiyanın 67 regionu turistlər üçün açılacaq
Fransa avropalı turistlər üçün  iyunun 15-dən sərhədlərini açır
Fransa avropalı turistlər üçün iyunun 15-dən sərhədlərini açır
Loading Bars
Xəbər lenti
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir
Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su təminatı ilə bağlı problemləri həll olunur
8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək
İqtisadiyyat Nazirliyi: Pandemiya ilə mübarizədə biznes ictimaiyyəti fəal iştirak etməlidir
Binəqədidə boya zavodu yanır (FOTO/VİDEO)
594 obyektdə kobud qayda pozuntuları aşkarlanıb (FOTO)
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu (FOTO)
İranda elektrik stansiyada partlayış baş verib
KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi
Qablaşdırma məmulatlarının qidalarımıza təsiri
30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib
Gəncə şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər (FOTO)
İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər cərimələnib (FOTO)
Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak olub
Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb
Şəmkirçay su anbarında batan şəxs axtarılır
Koronavirusla mübarizədə müsbət nəticə hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır - Ekspert
İranda koronavirusdan daha 148 nәfәr ölüb
İcazəsiz Qusara istirahətə gələnlər cərimə olundular (FOTO)
İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib (FOTO)
Paytaxtda “Shacman” piyadanı vurub öldürdü
Formula 1 pilotları yarşış ərəfəsində koronavirus testlərindən keçib
Samuxda yas mərasimi keçirənlər cərimələndi (FOTO)
Bəhruz Quliyev: Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq
Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev
AMEA-nın şöbə müdiri dünyasını dəyişdi
Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib (FOTO/VİDEO)
"Air France" 7 mindən çox işçini ixtisar edəcək
Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO)
Polis supermarketlərdə reydlər keçirir (FOTO/VİDEO)
Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO)
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır (FOTO)
Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli
Sabah hava küləkli olacaq
Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur
Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlandı (FOTO)
Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir (VİDEO)
Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar (FOTO)
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi
Bakıdan Qəbələyə istirahətə gedənlər texniki vasitələrin köməyi ilə aşkarlandı (FOTO/VİDEO)
Komitə sədri: Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib
Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib (FOTO)
UNEC brendi Estoniyada da tanındı
BŞİH əməkdaşların kütləvi şəkildə koronavirus testindən keçirilməsi xəbərlərinə aydınlıq gətirdi
Solomon adaları yaxınlığında güclü zəlzələ olub
Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb
Bakıda alternativ qaz xətləri çəkilir (FOTO)
Coca-Cola və ASAN Könüllüləri tibb işçilərinə dəstək oldu (FOTO)
Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilib (FOTO)
Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb
DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər
Parisdə yanğın olub - Ölən var
Həkim: Bəhram Bağırzadənin ümumi vəziyyətində ötən gün ərzində əhəmiyyətli dəyişiklik baş verməyib
Səbaildə ad günü keçirənlər cərimələndi (VİDEO)
Paytaxtda növbəti geniş dezinfeksiya aparılıb (FOTO)
DYP: Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Qazaxda restoranda nişan edənlər saxlanıldı, 15 nəfər cərimələndi (FOTO/VİDEO)
Qırğızıstanda 300-dən çox yoluxma qeyd alındı
Bakıda karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi (FOTO)
Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ
Türkiyə HHQ İraqın şimalında terrorçuların mövqelərinə zərbələr endirib
Karantin qaydalarını pozan 2491 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır (FOTO)
Ermənistan sutka ərzində atəşkəsi 42 dəfə pozdu
Trampın məsləhətçisi koronavirusa yoluxub
Bakıda orta yaşlı kişi küçədə bıçaqlandı
TANAP-la Türkiyəyə qaz tədarükünün həcmi 5,8 milyard kubmetri keçib
Qazaxıstanda koronavirusa yoluxanların sayı 45 mini ötüb
Kabildə polis məntəqəsində partlayış baş verib, xəsarət alanlar var
ABŞ-da koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb
Yaponiyada 200 min nəfərə təxliyə üçün təlimat verilib
Kanadada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Alabamada atışma olub, yaralananlar var
Braziliyada bir gündə koronavirusa 42 mindən artıq insan yoluxub
Puerto-Riko sahillərində 5,5 bal gücündə zəlzələ olub
Tovuzda top mərmiləri aşkarlanıb (FOTO)
Massaçustsdə ticarət mərkəzində atışma olub
Moskvada koronavirusdan daha 25 nəfər ölüb
Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Türkiyədə zəlzələ olub
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Dünyada koronavirusa yoluxanların sayı 175 mindən çox artıb
Türkiyədə pirotexnika zavodunda partlayış nəticəsində 4 nəfər ölüb
DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək
Bu gündən iyulun 6-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Metronun fəaliyyəti iyulun 20-dək dayandırıldı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 500 mini ötdü
Koronavirus: ABŞ-da sutkalıq yoluxma rekordu, Fransada ikinci dalğa gözlənilir
Prezident İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı
İsraildə koronavirusun ikinci dalğası elan edilib
ÜST: Koronavirus mutasiya nəticəsində aqressivləşməyib
Pakistanın XİN rəhbəri koronavirusa yoluxub
Bütün xəbərlər