Bakı. Trend:
Amerikanın "Oracle" korporasiyası ABŞ-da "TikTok" əməliyyatlarının satın alınması üzrə tenderi qazanıb.
Trend-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatlı mənbəyə istinadən "The Wall Street Journal" xəbər verir.
Məlumata görə, "Oracle" "TikTok"un ABŞ-dakı “etibarlı texnoloji tərəfdaşı” elan ediləcək. Son əməliyyat birbaşa satış kimi deyil, yenidən qurulma şəklində rəsmiləşdiriləcək.
"TikTok"un amerika əməliyyatlarının hansı hissəsinin "ByteDance" və investorları tərəfindən saxlanacağını barədə məlumat verilmir.
"ByteDance" sazişinin bağlanması üçün ABŞ və Çin hökumətlərinin təsdiqinin tələb ediləcəyi qeyd edilir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp, ABŞ-da xidmət əməliyyatları 15 sentyabr tarixinə qədər yerli şirkətiə satılmazsa, ölkədə "TikTok"un bloklanmasını təmin edən fərman imzalayıb.