...

"Google"ın işində qüsurlar yaranıb

Telekommunikasiya Materials 25 Sentyabr 2020 08:37 (UTC +04:00)
"Google"ın işində qüsurlar yaranıb

Bakı. Trend:

ABŞ-ın Google şirkətinin servislərindəki işində problemlər ABŞ, Latın Amerika, Asiya və Avropanın bir sıra ölkələrində müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Xüsusilə, problemlər YouTube video hostinqi, Gmail poçt xidməti, Google Drive "bulud" xidməti, Google Play tətbiqlər mağazası və digərlərinə təsir göstərib.

YouTube-da qüsurlardan şikayət edənlərin 63 faizində video çarxlar açılmır. Gmail istifadəçilərinin təxminən 54% -i hesablarına daxil olmaqda, 34% -i sayta baxmaqda çətinlik çəkirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti