...

FTB "JBS"ə qarşı xaker hücumunda "REvil" və "Sodinokibi" qruplarını təqsirli bilir

Telekommunikasiya Materials 3 İyun 2021 05:24 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) "JBS" şirkətinə qarşı törədilən kiberhücumu "REvil" və "Sodinokibi" haker qruplarına aid edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qurum günahkarların məsuliyyətə cəlb edilməsinə yönələn cəhdlərini gücləndirməyə davam edəcəyini açıqlayıb.

"Biz "JBS"ə qarşı törədilən hücumu "REvil" və "Sodinokibi" qrupları ilə əlaqələndiririk və təcavüzkarların ədalət mühakiməsinə çıxarılması üzərində ciddi çalışırıq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti