...

50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!

Telekommunikasiya Materials 15 Oktyabr 2021 14:45 (UTC +04:00)
50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!

Bakı. Trend:

Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı “Azercell Telekom” 15 oktyabr tarixindən etibarən ölkəmizdə ən son model iPhone cihazlarının satışını gerçəkləşdirir. Uzun müddətdir gözlənilən iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları artıq Azercell Eksklüziv mağazalarında müştərilərin ixtiyarına verilib. Ölkə ərazisini yüksək keyfiyyətli 4G şəbəkəsi ilə təmin edən Azercell Apple şirkətinin istehsal etdiyi ən yeni nəsil cihazlar ilə inanılmaz sürətdən zövq almaq imkanı yaradır. Belə ki, Azercell-in Eksklüziv mağazalarından iPhone 13, iPhone 13 Pro, iPhone 13 Pro Max və iPhone 13 Mini smartfonları əldə edən müştərilərə ölkənin aparıcı mobil operatoru tərəfindən 3 ay müddətində 50GB həcmində internet paketi hədiyyə olunur.

Xatırlatmaq istərdik ki, hələ 8 oktyabrdan etibarən yeni iPhone modellərinin limitsiz imkanlarını Azercell-lə kəşf etmək üçün bütün müştərilərə öncədən sifariş imkanı yaradılmışdı.

Ən müasir texnologiyaları istifadəçi rahatlığı ilə bir araya gətirən yeni iPhone modelləri “Super Retina XDR” displeyləri, enerjiyə qənaət etməyə imkan verən batareya, daha səmərəli A15 çipi və sürətli enerji yığma sistemi ilə təchiz olunub.

Ətraflı məlumat üçün https://www.azercell.com saytına daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti