...

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə seçilib

Telekommunikasiya Materials 3 Oktyabr 2022 17:42 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə seçilib

Bakı. Trend:

6 sentyabr - 14 oktyabr tarixlərində Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir. Konfrans çərçivəsində 3 oktyabr 2022-ci il tarixində BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikası olduqca yüksək göstəricilərlə - 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti