Bakı. Trend:
Uzaqdan işləmək imkanı innovasiya sektorunda qadınların sayını daha da artıracaq.
Trend-in məlumatına görə, bunu bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev STEM festivalına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Biz inanırıq ki, qadın peşəkarlar təkcə iqtisadiyyatın deyil, həm də müxtəlif fəaliyyət sahələrinin gələcək inkişafında böyük rol oynayacaqlar".
Nazir əlavə edib ki, qadınlar biznes və sahibkarlığın ən yaradıcı sahələrini qura bilirlər.
Qeyd edək ki, STEM təhsildə təbiət elmləri ilə texniki biliklər sahəsində bütün sahələrin birləşdirildiyi və şagirdin bu bilikləri dərslikdən deyil, yaradıcı problemlərin həlli yolu ilə aldığı yeni yanaşmadır.