...

Azərbaycanlı istifadəçilər arasında populyar internet brauzer açıqlanıb

Telekommunikasiya Materials 4 Mart 2023 10:10 (UTC +04:00)
Azərbaycanlı istifadəçilər arasında populyar internet brauzer açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Fevral ayında Google Chrome internet brauzeri azərbaycanlı istifadəçilər arasında populyarlığına görə liderliyini qoruyub.

Trend bu barədə Global Stats statistika mərkəzinə istinadən xəbər verir.

Onun yerli bazarda payı 78,18 faiz təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 0,53 faiz azdır.

Safari internet brauzerinin Azərbaycan bazarında payı 9,87 faiz səviyyəsində qalıb (0,75 faiz artım).

Hesabat dövründə Samsung Internet brauzerinin payı yanvar ayı ilə müqayisədə 0,1 faiz artaraq 4,78 faiz təşkil edib.

Fevral ayında Opera brauzerinin bazarda payı 0,71 faiz azalaraq 3,17 faiz təşkil edib.

Azərbaycan bazarında digər internet brauzerlərin ümumi payı 3,99 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti