...

Elmi işləri Beynəlxalq Astronavtika Konqresinə təqdim etmək üçün müddət uzadıldı

Telekommunikasiya Materials 2 Mart 2023 17:39 (UTC +04:00)
Elmi işləri Beynəlxalq Astronavtika Konqresinə təqdim etmək üçün müddət uzadıldı

Bakı. Trend:

Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyası tərəfindən keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin elm müsabiqəsində iştirak etmək üçün müddət martın 10-a qədər uzadıldı.

Müsabiqə iştirakçılara elmi iş və ya məqalələrini 2-6 oktyabrda Bakı şəhərində təşkil olunacaq kosmik sahənin ən böyük tədbirində ­– Beynəlxalq Astronavtika Konqresində təqdim etmək fürsətini verir.

Məqalə üzrə hazırlanmış xülasənin (abstrakt) təqdim olunması üçün son tarix 10 mart 2023-cü ildir.

Müəllif Beynəlxalq Astronavtika Federasiyasının saytında qeydiyyatdan keçdikdən sonra hesab yaradıb aidiyyəti bölmə üzrə məqalənin xülasə hissəsini yükləyə bilər. Müsabiqədə iştirak qaydaları, məqalənin qəbul olunması və strukturun əsas meyarları haqqında keçiddən istifadə edərək öyrənə bilərsiniz.

Beynəlxalq Astronavtika Konqresi haqqında ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti