...

Rəşad Nəbiyev ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi ilə görüşüb

Telekommunikasiya Materials 3 Aprel 2023 20:08 (UTC +04:00)

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı iki ölkə arasında İKT, innovasiyalar, kibertəhlükəsizlik, aviasiya və dəmir yolu nəqliyyatı istiqamətlərində əməkdaşlıq müzakirə edilib. Eyni zamanda Orta Dəhlizin əhəmiyyəti barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin İKT və innovasiyalar sahələrində əlaqələrin genişləndirilməsi, birgə təlimlərin keçirilməsi haqqında danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti