...

"Kaspersky" kiberhücumların qlobal miqyasda artacağını proqnozlaşdırır

Telekommunikasiya Materials 10 Aprel 2023 19:32 (UTC +04:00)
"Kaspersky" kiberhücumların qlobal miqyasda artacağını proqnozlaşdırır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Kaspersky" 2023-cü ildə kiberhücumların aktuallığını qoruyub saxlayacağını və qlobal miqyasda artacağını proqnozlaşdırır.

Bu barədə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bazar ertəsi Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, "Kaspersky" Azərbaycanda məlumatların mühafizəsi və kibertəhdidlərə qarşı mübarizə sahəsində bütün strukturlarla əməkdaşlıq edir.

"Rəqəmsal həllərin və onlayn ödənişlərin sürətli inkişafı ilə əlaqədar olaraq istər Azərbaycanda, istərsə də bütünlükdə dünyada kiberhücum və fırıldaqçılığın artacağı gözlənilir. Şirkətimiz istənilən vəziyyətdə ölkəmizə qarşı kibertəhdidlərin qarşısının alınması üzrə yardım göstərməyə hazırdır. Qeyd edim ki, "Kaspersky" kibercinayətkarlıqla mübarizə üzrə çoxlu sayda həllərə malikdir və biz hər bir bazarın xüsusiyyətini nəzərə alaraq, ələlxüsus Azərbaycanda lazım olan həlləri tətbiq edirik. Bütünlükdə yerli bazarda şirkətimizin bütün son həlləri əks olunub və yeni həllər lazım olduqda biz onları cəlb etməyə hazırıq", - o deyib.

M. Məmmədov, həmçinin Kasperki Laboratoriyasının dünyanın müxtəlif ölkələrində, o cümlədən Avopa, Asiya və ABŞ-da "Şəffaflıq mərkəzi" açdığını vurğulayıb.

"Bu il Niderland, İtaliya və İsraildə bu mərkəzlərin açılması planlaşdırılır. Bu mərkəzdə dövlət və ya istənilən digər strukturların nümayəndələri "Kaspersky" məhsulları ilə tanış ola bilərlər. Şirkətimiz, həmçinin kibertəhlükəsizlik sahəsində İnterpolla fəal şəkildə əməkdaşlıq edir", - deyə o əlavə edib.

Xatırladaq ki, 2022-ci ildə "Kaspersky" fişinq saytlarına bir milyona yaxın keçidi bloklayıb ki, bunların da 60 faizi ev istifadəçilərinin, 40 faizi isə korporativ istifadəçilərin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti