Bakı. Trend:
Bakcell şirkəti sosial media istifadəçiləri üçün Formula 1 yarışına bilet qazanmaq imkanı təqdim edir. Şirkətin rəsmi sosial media hesablarında (“Facebook” və “Instagram”) elan olunmuş müsabiqədə iştirak etməklə Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək mümkündür.
Müsabiqə 27 aprel 2023-cü il saat 12:00-a qədər davam edəcək.
Qaliblər həm yarışı izələyə, həm də müxtəlif oyun və əyləncələrə qatıla biləcəklər.
Daha ətraflı məlumatı Bakcell şirkətinin “Facebook” və “Instagram” səhifələrindən əldə etmək olar.