Bakı. Trend:
2024-cü ildə Mərkəzi Bankın qarşısına qoyduğu hədəflərdən biri də analitik təhlillər və iqtisadi modellərdə süni intellektin (AI) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
"Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı Azərbaycanın və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, eləcə də, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək.
Alternativ statistik göstəricilər əldə etmək üçün real sektorla əməkdaşlıq genişləndiriləcək, mikroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək", - deyə Mərkəzi Bank qeyd edir.