Bakı. Trend:
“4SIM Azerbaijan” gələn il 200 000 nəfərin təhsilini maliyyələşdirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə “4SIM Azerbaijan”-ın icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumunda keçirilən " Metaverse və Rəqəmsal iqtisadiyyata dalış " panel təqdimatında bəyan edib.
"Peşəkar inkişaf və yenidən hazırlıq proqramı çərçivəsində əsas təşəbbüslərdən biri Coursera platformasının istifadəsidir. Keçən il biz 10 000 nəfərə pulsuz onlayn təhsil maliyyələşdirdik. Gələn il hədəfimiz 200 000 vətəndaşımızın təhsil almasına imkan yaratmaqdır. Onlara 8 000-dən çox təhsil proqramı təqdim edəcəyik", - deyə o bildirib.
Cəfərov qeyd edib ki, kursları "Google", "Meta", "Amazon" kimi iri şirkətlər, həmçinin Stanford, Yale və Miçiqan da daxil olmaqla dünyanın aparıcı universitetləri paylaşacaq.
"Bu proqramlar Azərbaycanın rəqəmsal kadr ehtiyatının formalaşmasının bir hissəsi olacaq", - o əlavə edib.