...

Kiberdiplomatiya rəqəmsallaşan sistemlərdə sabitliyin təmin edilməsində mediator kimi mühüm rol oynaya bilər - XRİTDX

Telekommunikasiya Materials 10 Aprel 2025 15:47 (UTC +04:00)
Kiberdiplomatiya rəqəmsallaşan sistemlərdə sabitliyin təmin edilməsində mediator kimi mühüm rol oynaya bilər - XRİTDX
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberdiplomatiya rəqəmsallaşan sistemlərdə texnoloji asılılıq, təchizat zənciri riskləri, kiberhücumlar və bu kimi digər təhdidlərin aradan qaldırılmasında, sabitliyin təmin edilməsində mediator kimi mühüm rol oynaya bilər.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Rumıniyanın Buxarest şəhərində keçirilən Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində deyib.

O, sammit çərçivəsində enerji infrastrukturunun kibertəhlükəsizliyi ilə bağlı panel müzakirədə çıxış edərək, rəqəmsallaşmanın yaratdığı çağırışlara və kiberdiplomatiyanın bu sahədə roluna diqqət çəkib.

Həmçinin, açılış mərasimində çıxış edən XRİTDX-nin baş idarə rəisi general-mayor Azər Əhədov rəqəmsal innovasiyaların yaratdığı imkanlar və kiberrisklər, eləcə də, beynəlxalq tərəfdaşlığın və strateji yanaşmaların əhəmiyyətindən bəhs edib. O, eyni zamanda, XRİTDX ilə “ICI Buxarest” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycanda keçirilmiş beynəlxalq kiberdiplomatiya konfransı və təşkil olunmuş təlimlər barədə məlumat verib.

Qeyd edək ki, 8-11 aprel tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti iştirak edir. Tədbir Rumıniya hökuməti, Deputatlar Palatası və “ICI Buxarest” tərəfindən təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti