İyulun birinci ongünlüyündə "Milli E-idarəçilik Şəbəkəsi Təşəbbüsü" texniki yardım layihəsinin ofisi AzDATACOM Milli Məlumatların Ötürülməsi Şəbəkəsi Magistralının yaradılması üzrə tenderin nəticələrini elan edəcək. Trend agentliyinin məlumatına əsasən, AzDATACOM-un yaradılması üzrə tenderdə təklifləri nəzərdən keçirilən 6 şirkət maraqlıdır. Maraqlanın şirkətlən aprelin 5-dək qeydiyyatdan keçərək 5 mln manat iştirak payı ödəyib və tender üzrə təkliflər paketi alıb.
Ofisdə, həmçinin bildiriblər ki, tender BMT-nin prinsiplərinə müvafiq keçirilir və əvvəlki tenderlərdən fərqlənir.
AzDATACOM-un yaradılması üzrə tender "Milli E-idarəçilik Şəbəkəsi təşəbbüsü" (National E-Governance Network Initiative) texniki yardım layihəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı (UN DP) ilə birgə gerçəkləşdirilir.
AzDATACOM-u 2005-ci il ərzində təşkil etmək planlaşdırılır.