...

Azərbaycanda rabitənin elektronlaşdırılması səviyyəsi artır

Telekommunikasiya Materials 31 İyul 2006 19:52 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında ölkənin telefon şəbəkəsində elektron avtomat stansiyalarının payı 68,5% təşkil edib, halbuki bu rəqəm ötən ilin müvafiq dövründə 57,8%-ə bərabər idi. Bu barədə Trend ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər.

Bakı telefon şəbəkəsində EATS-ın payı 76,5%-ə çatıb. Regionlarda bu göstərici 59,7% təşkil edib.

Nazirlikdən həmçinin deyiblər ki, bu müddət ərzində beynəlxalq giriş trafikinin həcmi 23,6 mln. dəqiqə azalaraq 100,99 mln. dəqiqə təşkil edib, çıxış trafiki 7,41 mln. dəqiqə artaraq 38,55 mln. dəqiqəyə çatıb.

Xəbər lenti

Xəbər lenti