...

Microsoft-un Rusiya və MDB-dəki prezidenti Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Telekommunikasiya Materials 4 Oktyabr 2006 13:01 (UTC +04:00)

Bu həftə Microsoft-un Rusiya və MDB ölkələrindəki prezidenti Olqa Derqunova Bakıya bir günlük səfər edib. Bu barədə Trend Microsoft-un məlumatına istinadən xəbər verir.

Səfər çərçivəsində O.Derqunova Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.

Görüş zamanı ölkədə informasiya-kommunikasiya texnologiyalarının gələcək inkişaf perspektivlərinə toxunulub, bu cür inkişafın stimullaşdırılması üçün şəraitin yaradılmasında hökümətin rolu müzakirə olunub. Tərəflər həmçinin bütün ölkə iqtisadiyyatının artımı və ayrı-ayrı vətəndaşların rifahının yaxşılaşması üçün müasir texnologiyaların mümkün qədər geniş tətbiq edilməsinin zəruri olduğunu vurğulayıb.

Bu kontekstdə "Elektron Azərbaycan" layihəsinin inkişaf perspektivləri və Avropa ölkələrində elekton hökümət sisteminin qurulması üzrə Microsoft-un təcrübəsi müzakirə olunub.

Həmçinin söhbət zamanı rabitə və informasiya texnologiyaları naziri üçün Microsoft-un təhsil sektoru üzrə bir sıra son işləri nümayiş olunub. Microsoft korporasiyasının sosial istiqamətli layihələrdə iştirak etmək niyyətini təsdiq etmək üçün xanım Derqunova Azərbaycan məktəblərinin təhsil prosesində istifadə etmək üçün informatika üzrə xüsusi tədris materiallarını hökümətin sərəncamına verməyə hazır olduqlarını bildirib.

Bundan başqa, O.Derqunova və Ə.Abbasov Azərbaycanın dövlət müəssisələri və idarələri tərəfindən istifadə olunan proqram təminatının leqallaşdırılma perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti